İlk dördlükdə Qazaxıstan, Qırğızıstan, İran və Tacikistan qərarlaşıb
Bu ilin birinci yarısında Azərbaycan Gürcüstandan 82,8 milyon ABŞ dolları dəyərində 2 456 ədəd minik avtomobili idxal edib.
AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında bildirilib ki, ötən ilin eyni dövrünə nisbətdə idxal dəyər baxımından 35,6%, miqdar baxımından isə 1,8 dəfə azalıb.
Yanvar-iyun aylarında Gürcüstandan ümumilikdə 938 milyon ABŞ dolları dəyərində 38 759 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 6,34%-i Azərbaycana yönəlib.
Hesabat dövründə Azərbaycan Gürcüstandan ən çox avtomobl idxal edən ölkələrin ilk beşliyində beşinci yeri tutub. İlk dördlükdə Qazaxıstan (13 068 ədəd), Qırğızıstan (10 701 ədəd), İran (5 086 ədəd) və Tacikistan (2 966) qərarlaşıb.