Türkiyədə FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb

Dünya

17.02.2021 - 12:05

Terror təşkilatlarına qarşı əməliyyatlar davam etdirilir

 

Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlar davam edir. AYNA qardaş ölkə mediasına istinadən bildirir ki, FETÖ terror təşkilatının üzvlərinin saxlanılması məqsədilə müxtəlif yerlərdə paralel əməliyyat keçirilib.

 

Əməliyyatlar nəticəsində 31 şübhəli şəxsdən 30-u saxlanılıb. Onların yaşadıqları evlərdə axtarış zamanı çoxlu sayda maddi vəsait və terror təşkilatı haqında iki kitab ələ keçirilib. Terror təşkilatlarına qarşı əməliyyatlar davam etdirilir.

 

Müəllif: Ayna.az