Türkiyədə daha 93 nəfər koronavirusdan ölüb

Dünya

13.02.2021 - 23:30

COVID-19 can almağa davam edir 

 

Türkiyədə koronavirusla bağlı bu gün müşahidə edilən vəziyyət açıqlanıb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün 93 nəfər koronavirusdan ölüb. Gün ərzində 123 min 305 COVID-19 testi aparılıb, onlardan 7 min 706-sı müsbət çıxıb.

 

7 min 215 nəfər müalicəsini tamamlayaraq sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 468 min 419-a yüksəlib.

 

Ümumi test sayı 31 milyon 412 min 611-ə çatıb. Yoluxmanın ümumi sayı 2 milyon 579 min 896-dır. Pandemiyadan indiyədək 27 min 377 nəfər ölüb. Ağır xəstə sayı 1235 nəfərdir.

Müəllif: Ayna.az