Koronavirus can almaqda davam edir
Türkiyədə son sutka ərzində koronavirusdan 63 nəfər dünyasını dəyişib, 1 442 nəfər isə virusa yoluxub.
AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 8 325 –ə, yoluxanların sayı isə 321 512-yə yüksəlib.
Son 24 saat ərzində 1 506 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 282 657-yə çatıb.