Türkiyədə daha 62 nəfər koronavirusdan ölüb

Dünya

13.10.2020 - 22:13

Koronavirus can almaqda davam edir 

 

Türkiyədə son sutka ərzində koronavirusdan 62 nəfər dünyasını dəyişib, 1 632 nəfər isə virusa yoluxub.

 

AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 8 957-yə, yoluxanların sayı isə 338 779-a yüksəlib.

 

Son 24 saat ərzində 1 314 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 296 972-yə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş