Türkiyədə daha 53 nəfər koronavirusdan ölüb

Dünya

05.09.2020 - 02:55

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus can almaqda davam edir 

 

Türkiyədə son sutka ərzində koronavirusdan 53 nəfər ölüb.

 

AYNA-nın məlumatına görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

 

Onun sözlərinə görə son 24 saatda 200 laboratorıyada 117 113 şübhəli koronavirus testindən keçib, onlardan 1612-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1041 nəfər olub, 1021 xəstə isə sağalaraq evə buraxılıb.

 

Türkiyədə ümumilikdə 276 555 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 249 108 nəfər sağalıb, 6564 nəfər ölüb.

 

Nazir deyib ki, bu xəstəlikdən ölənlərin sayı mayın 20-dən bəri ilk dəfə 50-ni keçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş