Koronavirus can almaqda davam edir
Türkiyədə son sutka ərzində koronavirusdan 74 nəfər dünyasını dəyişib, 2165 nəfər isə virusa yoluxub.
AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 9658-ə, yoluxanların sayı isə 357 693-ə çatıb.
Koronavirusdan sağalanların sayı isə 311520-yə yüksəlib. Hazırda ağır xəstələrin sayı 1648 nəfər təşkil edir.
Ümumilikdə 12 milyondan çox insan test yoxlanışından keçirilib.