Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir
Türkiyədə koronavirusa yoluxma sayında artım səbəbindən bir sıra məhdudiyyətlər yenidən qüvvəyə minib.
AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə qərarı Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra elan edib. Beləliklə, yeni qərara əsasən:
Özəl sektorda və xidmət sahələrində növbəli iş saatı tətbiq ediləcək;
Bazar və marketlərdə nəzarət-yoxlamalar gücləndiriləcək;
Çatdırılma xidməti istisna olmaqla, restoranlar, gözəllik salonları, stadionlar, kinoteatrlar, konsert zalları, hovuzlar, nikah və toy zalları, kafelər, şirniyyat dükanları, internet-kafelər, eləcə də insanların sıx toplaşdığı bütün iş yerləri saat 22:00-da bağlanacaq.