Xilasedicilər avtobusun pəncərələrini qıraraq sıxılıb qalan sərnişinləri çıxarıblar
Türkiyənin Muş – Bursa marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Gürün – Pınarbaşı magistralının 70-ci kilometrliyində yolun qarşı zolağına keçərək aşıb.
AYNA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisədə 38 nəfər yaralanıb. Hadisə yerinə gələn xilasedicilər avtobusun pəncərələrini qıraraq sıxılıb qalan sərnişinləri çıxarıblar.
Yaralılar Kayseridəki xəstəxanalara qaldırılıblar.