Türkiyədə ağır qəza: 3 nəfər ölüb, 45 nəfər yaralanıb

Dünya

03.09.2023 - 02:28

cedabet dərman SEO Xidməti

Türkiyədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Türkiyənin Dənizli şəhərinin Pamukkale rayonunda 3 avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, daha 45 nəfər yaralanıb.

Bu barədə AYNA “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, Muğladan Afyonkarahisara gedən və sürücüsü hələ məlum olmayan, turizm şirkətinə məxsus sərnişin avtobusu mikroavtobusa və digər avtomobilə çırpılıb. Zərbənin təsirindən avtobus idarəetmədən çıxaraq aşıb.

Hadisə yerinə təcili yardım, polis, jandarm, xilasedicilər cəlb olunub. Xilasedicilər avtobusda sıxılmış vəziyyətdə qalan yaralılardan bəzilərini çıxararaq təcili yardıma təhvil veriblər.

Yaralılar xəstəxanalara çatdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş