Türkiyədə 4 günlük qadağada bu qaydalar əsas götürüləcək

Dünya

16.12.2020 - 02:29

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə küçəyə çıxmaq tam məhdudlaşdırılacaq

 

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusla mübarizə çərçivəsində Yeni il ərəfəsində 4 gün küçəyə çıxmaq qadağan edilib. 

 

AYNA “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, 31 dekabr 2020-ci ildən 4 yanvar 2021 ci il tarixində küçəyə çıxmağa qoyulan məhdudiyyətlərdə həftəsonu qadağaları və şərtləri qüvvədə olacaq. 

 

 Türkiyə Daxili İşlər Nazirliyi bununla bağlı 81 vilayətə sərəncam da göndərib.

 

Yeni qərara əsasən, 31 dekabr 2020-ci il saat 21-00-dan, 4 yanvar 2021 ci il saat 05-00 tarixlərində küçəyə çıxmaq tam məhdudlaşdırılacaq.  Göstərilən tarixlərdə 10:00-17:00 saatlarınadək əhali yaşadığı yerə ən yaxın marketlərdən alış-veriş edə biləcək.

 

Qeyd edək ki, bundan əvvəl verilmiş həftəsonu məhdudlaşdırmaları ilə bağlı qərar 1, 2, 3 yanvar 2021-ci ildə də qüvvədə olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş