Nazir: “Miqrant qaçaqmalçılığının 6 təşkilatçısı həbs edilib və əməliyyatlar davam etdiriləcək”
Türkiyənin 27 vilayətində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı iki mindən çox qeyri-qanuni miqrant saxlanılıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya bildirib.
Yerlikaya sosial şəbəkədə yazıb ki, 27 vilayətdə keçirilən “Kalkan-7” əməliyyatları zamanı 80 qaçaqmalçı və 2155 qeyri-qanuni miqrant saxlanılıb.
Nazirin sözlərinə görə, miqrant qaçaqmalçılığının 6 təşkilatçısı həbs edilib və əməliyyatlar davam etdiriləcək.
Son zamanlar Türkiyənin Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrasiyaya qarşı fəal mübarizə aparır. Vxtaşırı ölkənin müxtəlif əyalətlərində yoxlamalar təşkil olunur.