Türkiyə təyyarəsi İrana məcburi eniş edib

Dünya

15.09.2025 - 11:38

İki xəstənin vəziyyətinin ağır olması təyyarəni Urmiyədə təcili enişə məcbur edib

Türk Hava Yollarına (THY) məxsus təyyarə bazar günü İranın Qərbi Azərbaycan vilayətində məcburi eniş edib. AYNA.AZ xəbər verir ki, bu barədə  “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, THY-na məxsus İzmir-Tehran reysi ilə uçan təyyarə İranın Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində uçuş zamanı yaranmış tibbi yardım səbəbilə eniş etmək məcburiyyətində qalıb.

Qərbi Azərbaycan Hava Limanları Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, iki xəstənin vəziyyətinin ağır olması təyyarəni Urmiyədə təcili enişə məcbur edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş