Türkiyə “Taxıl sazişi” ilə bağlı gizli danışıqlar aparır?

Dünya

22.08.2023 - 12:45

cedabet dərman SEO Xidməti

“Ankara bütün tərəflərin gözləntilərini nəzərə alaraq, Qara Dəniz Təşəbbüsünün bərpası üzərində işləyir”

“Qərb mediasının yazdığı kimi, Türkiyə “Taxıl sazişi” üzrə gizli danışıqlar aparmır. Ankaranın təşəbbüsləri və məqsədləri son dərəcə açıqdır”. AYNA xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasındakı mənbə “RİA Novosti”yə bildirib.

Qeyd edək ki, bir sıra Qərb mediasının yazdığına görə, Ankara “Taxıl sazişi”nin yeni marşrutları üçün alternativ danışıqlar aparır.

“Türkiyə Prezidenti Nazirlər Kabinetinin son iclasından sonra açıqlamasında bildirdi ki, Ankara bütün tərəflərin gözləntilərini nəzərə alaraq “Taxıl sazişi”nin bərpası üzərində işləyir. Bizim təşəbbüslərimiz, məqsədlərimiz son dərəcə açıq və aydındır - ehtiyacı olan ölkələrdə ərzaq təhlükəsinin qarşısını almaq. Türkiyə tərəfinin başqa məqsədi yoxdur. Məqsədlərimizdən xəbərdar olan bütün tərəflərlə açıq, səmimi dialoq aparılır. Bütün bu yazılanlar Türkiyənin səylərini heçə endirmək üçün hazırlanıb”, - deyə Türkiyə Prezident Adminstrasiyasındakı mənbə vurğulayıb.

Xatırladaq ki, “Taxıl sazişi”  iyulun 18-də dayandırılıb. Rusiya müqavilədən çıxdığını elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş