Türkiyə ordusunun Baş Qərargah rəisi Suriya rəhbəri ilə görüşüb

Dünya

06.12.2025 - 20:52

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu Dəməşqə səfər edib, orada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparıb.

AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi S.Bayraktaroğlunun Suriya müdafiə naziri Murhaf Əbu Kasr və suriyalı həmkarı Əli Nurettin Nasanla da görüşdüyünü bildirib.

İki ölkənin müdafiə nazirliklərinin nümayəndələri Türkiyə-Suriya Birgə Əməliyyatlar Qərargahında olublar.

Türkiyə nümayəndə heyəti həmçinin Dəməşqdə müdafiə sərgisində də iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş