Əməliyyatlar nəticəsində üç terrorçu öldürülüb
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində şəhid verib.
AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, terrorçularla atışmada çavuş Mehmet Ali Horoz şəhid olub. Əməliyyat zamanı üç terrorçu öldürülüb.
Nazirlikdən verilən məlumata görə, bölgədə əməliyyatlar davam edir.