Perinçek: “Ukraynada müharibə davam etdiyi müddətdə Qara dənizdə NATO gəmiləri olmamalıdır”
“Ukraynada müharibə davam etdiyi müddətdə NATO gəmiləri Qara dənizdə olmamalıdır”. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri qardaş ölkənin Vətən Partiyasının sədri Doğu Perinçək deyib.
Perinçek regionda sabitliyi təmin etmək üçün nəzərdə tutulan Montrö Konvensiyasını xatırladıb. Onun sözlərinə görə, ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) şərtlərə əməl edəcək.
Xatırladaq ki, yanvarın əvvəlində Türkiyə Müdafiə Nazirliyi Ukraynaya satılan Britaniyaya məxsus minaaxtaran gəminin Montrö Konvensiyasının müddəalarına uyğun olaraq Bosfor və Çanaqqala boğazlarından keçməsinə icazə verməyəcəyini açıqlamışdı.
Qeyd edək ki, Kiyev Qara dənizdə təhlükəsizliyi gücləndirmək üçün ingilislərdən iki minaaxtaran gəmi aldığını bəyan edib.