Türkiyə millisi 24 ildən sonra yenidən dünya çempionatında

İdman

01.04.2026 - 09:07

Türkiyə millisinin rəqibləri ABŞ, Paraqvay və Avstraliyadır

Türkiyə millisi dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin final mərhələsində Kosovo ilə qarşılaşıb. AYNA.AZ xəbər verir ki, “Fadil Vokrri” stadionunda baş tutan qarşılaşma Vinçenso Montellanın komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

FIFA referisi Maykl Oliverin idarə etdiyi görüşdə yeganə qolu 45+1-ci dəqiqədə Kərəm Aktürkoğlu vurub.

Beləliklə, Türkiyə millisi 24 il sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Sonuncu dəfə 2002-ci ildə Cənubi Koreya və Yaponiyanın ev sahibliyi etdiyi mundialda iştirak edən və turniri üçüncü pillədə başa vuran Türkiyə yığması, həmin tarixdən bəri bu yarışdan kənarda qalıb.

D qrupunda yer alan Türkiyə millisinin rəqibləri ABŞ, Paraqvay və Avstraliyadır. Komandanın oyunlarının 13 iyun 2026-cı ildə Avstraliyaya, 19 iyunda Paraqvaya, 25 iyunda isə ABŞ-a qarşı keçirilməsi planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş