Useyn Bolt koronavirusa yoluxub

İdman

25.08.2020 - 00:37

İdmançı ev şəraitində karantinə alınıb

 

Yüngül atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt koronavirusa yoluxub.

 

AYNA xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

 

Məlumata görə, test nəticəsi pozitiv çıxan idmançı ev şəraitində karantinə alınıb.

 

U.Boltun koronavirusa avqustun 21-də ad günü münasibətilə təşkil etdiyi məclisdə yoluxduğu ehtimal olunur.

Müəllif: Ayna.az