Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb
Türkiyə Super Liqasının 29-cu turu çərçivəsində “Başakşehir”lə “Qalatasaray” qarşılaşıb. AYNA xəbər verir ki, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bununla da turnir cədvəlinin lideri olan “Başakşehir” xal sayını 60-a çatdırıb. “Qalatasaray” isə 52 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, hazırda Türkiyə Super Liqasında “Trabzonspor” 58 xalla ikinci, “Sivasspor” 53 xalla üçüncü yerdədir.