Türkiyə MN: "Terror yuvalarını dağıtmağa davam edirik"
Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu öldürülüb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalındakı Qara bölgəsində PKK-nın üç terrorçusu öldürülüb.
"Terror yuvalarını dağıtmağa davam edirik. İraqın şimalındakı Qara bölgəsində PKK-nın üç terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən öldürülüb. Terrorla və terrorçularla mübarizəmiz əzmlə, artan templə davam edəcək".