Yunanıstanın qaçqın düşərgələrində qalan 1000-1500 uşağı götürmək qərara alınıb
Suriyanın İdlib şəhərində yaranan böhrana görə, Türkiyə hökuməti ölkədəki qaçqınlara Avropaya getməkdə məhdudiyyət qoyulmayacağını bildirib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin bu qərarına əsasən, Almaniya Yunanıstan-Türkiyə sərhədində gözləyən 1000-1500 mühacir uşağa sığınacaq verməyə hazır olduğunu bildirib.
Belə ki, Almaniya Koalisiya Komitəsi 7 saat davam edən görüşdən sonra Yunanıstanın qaçqın düşərgələrində qalan 1000-1500 uşağı götürməyi qərara alıb.
Eyni zamanda, razılaşmaya əsasən Almaniyanın sol mərkəzçi koalisiyası koronavirusdan daha az təsirlənmək və verilən dəstəyi asanlaşdırmaq üçün dövlət xərclərini 2024-cü ilə qədər 12 milyard avro artırmaq qərarına gəlib.