Türkiyə-Ermənistan sərhədləri açılır?

Dünya

30.10.2023 - 14:55

cedabet dərman SEO Xidməti

Paşinyan: “Ümid edirik ki, Türkiyə ilə sərhədlərin açılması barədə razılaşmaları həyata keçirəcəyik”

“İrəvan Ermənistan və Türkiyənin xüsusi emissarları arasında aparılan danışıqlarda əldə olunan razılaşmaların həyata keçirilməsinə ümid edir”. AYNA erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir xatırladıb ki, sözügedən saziş üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılmasını nəzərdə tutur: “Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər görülüb. Biz Marqara keçid məntəqəsini yenidən təchiz etmişik və artıq sərhəd keçidini təmin etməyə hazırıq. Ümid edək ki, bu razılaşmalar həyata keçiriləcək”.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər. İrəvanın nümayəndəsi Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan, Ankaranın nümayəndəsi isə Türkiyənin ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır.

Diplomatlar artıq dörd raund danışıqlar keçiriblər. Birinci görüş Moskvada, qalan üç görüş Vyanada baş tutub.

Bundan əlavə, Ermənistanın Baş naziri ilə Türkiyə Prezidenti arasında ilk telefon danışığı 2022-ci ilin iyulunda, onların ilk təkbətək görüşü isə həmin il oktyabrın 6-da baş tutub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş