Bennon üç şəriki ilə birlikdə dələduzluqda ittiham olunur
ABŞ Prezidenti Donald Trampın keçmiş köməkçisi, Ağ Evin baş strateqi hesab edilən Stiv Bennon həbs edilib. AYNA xarici mətbuata istinadən bildirir ki, o, üç şəriki ilə birlikdə dələduzluqda ittiham olunur.
Həbsin əsas səbəblərindən biri ABŞ – Meksika sərhəd divarının tikintisinə dəstək vermək adı ilə “Biz Divar Tikirik” kampaniyası çərçivəsində şəriklərin yüzlərlə donordan 25 milyon dollardan çox pul toplamasıdır. Nyu-York ştatının cənub bölgəsinin prokurorluğu məlumat yayaraq xəbəri təsdiqləyib.