Trampdan ABŞ telekanallarına ittiham: “Bircə dəfə də...”

Dünya

13.09.2020 - 13:31

"Təsəvvür edin ki, ölkənizin Prezidenti Nobel mükafatına namizəddir və ölkənizin telekanalları bu xəbəri vermirlər”

 

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh mükafatına namizəd göstərilməsinə məhəl qoymayan ABŞ telekanallarını ittiham edib. AYNA xarici mediaya istinadən bildirir ki, ölkə başçısı bu barədə Nevada tərəfdarları qarşısında çıxış edən zaman bildirib.

 

ABŞ lideri sələfi Barak Obamanın Ağ Evə gəldikdən dərhal sonra Nobel mükafatını aldığını xatırladıb: “Bu qədər iş gördük, çox şey etdik. Amma bunları görmürlər”.

 

O, namizədliyinin irəli sürülməsinin çox vacib hadisə olduğunu, telekanalların bu xəbəri niyə yayımlamamasını anlamadığını vurğulayıb. "Təsəvvür edin ki, ölkənizin Prezidenti Nobel mükafatına namizəddir və ölkənizin telekanalları bu xəbəri vermirlər. Təəccüblüdür. Bircə dəfə də olsun bu barədə danışmadılar”, - deyə Tramp əlavə edib.

 

Qeyd edək ki, sentyabrın 9-da Norveçin Tərəqqi Partiyasından olan deputat Kristian Tibrinq-Qedde Trampı Nobel Sülh mükafatına namizəd göstərib. ABŞ Prezidenti mükafata İsrail ilə Birləşmiş Ərəb Əmirliyi arasında əlaqələrin qurulmasında əsas rol oynadığına görə namizəd olub.

Müəllif: Ayna.az