"Prezident həmçinin BMT-nin baş katibi, Argentina və Avropa İttifaqının liderləri ilə ikitərəfli görüşlər keçirəcək"
ABŞ Prezidenti Donald Tramp bu gün Ukrayna lideri Volodimir Zelenski ilə də daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt keçirdiyi brifinqdə bildirib.
"Prezident həmçinin BMT-nin baş katibi, Argentina və Avropa İttifaqının liderləri ilə ikitərəfli görüşlər keçirəcək", - Leavitt deyib.
Əlavə edib ki, Tramp Qətər, Səudiyyə Ərəbistanı, İndoneziya, Türkiyə, Pakistan, Misir, BƏƏ və İordaniyanın nümayəndələri ilə çoxtərəfli görüş keçirəcək.