“Mən müharibələri necə bitirəcəyimi, sülhün necə bağlanacağını bilirəm”
İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında müharibə ABŞ Prezidenti Donald Trampın başa vurduğu səkkizinci münaqişədir. AYNA.AZ “Fox News”a istinadən xəbər verir ki, bu barədə Amerika liderinin özü məlumat verib.
"Müharibə bitdi. Bu, səkkizinci müharibədir ki , onu həll edirəm. Mən müharibələri necə bitirəcəyimi, sülhün necə bağlanacağını bilirəm. Bunu etmək mənim üçün böyük şərəfdir. Mən milyonlarla insanın həyatını xilas etdim", - deyə Tramp “Qəzzadakı müharibə bitmiş hesab edilə bilərmi” sualına cavabında deyib.
Ağ Ev rəhbəri həmçinin xatırladıb ki, hazırda Pakistan və Əfqanıstan arasında silahlı münaqişə gedir və bu səbəbdən o Yaxın Şərqə qayıtmalı olacağını düşünür.
ABŞ Prezidentinin sözlərinə görə, o müharibələri yaxşı həll edir və bunu Nobel mükafatı üçün deyil, insanların həyatını xilas etmək üçün edir.