Tramp: “Qətli dayandırmağın və razılaşmağın vaxtıdır”

Dünya

18.10.2025 - 11:04

“Bəsdir qan tökülüb, artıq bütün sərhədlər qana boyanıb”

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə iki saatdan çox davam edən görüşündən sonra “Truth Social” sosial media platformasında söhbətlə bağlı məlumat verib.

AYNA.AZ bildirir ki, Tramp "Ukrayna Prezidenti Zelenski ilə görüş çox maraqlı və isti keçdi” deyib.

“Lakin mən Prezident Putinə dediyim kimi, ona da dedim ki, qətli dayandırmağın və razılaşmağın vaxtıdır! Bəsdir qan tökülüb, artıq bütün sərhədlər qana boyanıb. Onlar orada dayanmalıdırlar. Qoy hər ikisi qələbə elan etsin, qoy tarix qərar versin! Hər həftə minlərlə insan ölür”, - deyə qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş