Tramp: “Putinlə gözəl münasibətim var”

Dünya

16.01.2024 - 19:15

cedabet dərman SEO Xidməti

ABŞ-ın keçmiş Prezidenti Putinlə əla münasibətlərindən danışıb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərinin yaxşı olduğunu deyib. AYNA xəbər verir ki, siyasətçinin Ayova ştatında Respublikaçılar Partiyasının praymerizlərində qalib gəldikdən sonra çıxışının videosunu “Bloomberg” “YouTube”da dərc edib.

“Mənim Putinlə gözəl münasibətim var, biz çox yaxşı anlaşırıq. Bu da yaxşıdır, pis deyil”, - deyə keçmiş Prezident bildirib.

Tramp qeyd edib ki, o, heç vaxt Ukrayna münaqişəsinin başlamasına imkan verməzdi və 2024-cü ildə ABŞ-da prezident seçkilərində qələbə qazandıqdan sonra onun tezliklə başa çatmasına töhfə verə bilər: “Mən Putini çox yaxşı tanıyıram, Zelenskini çox yaxşı tanıyıram. Onları tezliklə bir araya gətirə bilərəm. Biz bunu çox tez həll edəcəyik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş