Videoda 2020-ci il ABŞ seçkilərindəki seçici saxtakarlığından bəhs olunur
ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial media platformasında Barak Obama və həyat yoldaşı Mişelin meymunlar şəklində təsvir olunduğu video paylaşıb.
AYNA.AZ xəbər verir ki, təxminən bir dəqiqə davam edən videoda 2020-ci il ABŞ seçkilərindəki seçici saxtakarlığından bəhs olunur. Videoda ABŞ-ın beş əsas ştatında müəyyən bir nöqtədə səslərin sayılmasının dayandırıldığı və yenidən başladıqdan sonra keçmiş ABŞ Prezidenti Co Baydenin lehinə kəskin bir artım olduğu qeyd edilir.
Daha sonra video qəfildən Mişel və Barak Obamanın üzlərinin meymunların bədənlərinə yapışdırıldığını göstərən bir saniyəlik əlavə ilə bitir. Tramp video ilə bağlı heç bir şərh verməyib.