Tramp koronavirusa görə ÜST-ü tənqid edib

Dünya

08.04.2020 - 05:11

Həkimlər Klinikalar SEO Xidməti

“ÜST-ün Fondunu böyük miqyasda ABŞ təmin edir, ancaq o, niyəsə hələ də Çinə tərəfdir"

 

ABŞ Prezidenti Donald Tramp koronavirusla bağlı yanlış tövsiyələr verdiyinə görə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) sərt tənqid edib.

 

AYNA “Qafqazinfo"ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri "Twitter"də yazdığı statusunda ÜST-ü Çinə meyilli olmaqda ittiham edib:

 

“ÜST-ün Fondunu böyük miqyasda ABŞ təmin edir, ancaq o, niyəsə hələ də Çinə tərəfdir. Bu məsələ ilə də maraqlanacağıq. Covid-19 böhranının başlanğıcında ÜST Çindən gələn avia-səfərlərlə bağlı tövsiyələr verirdi. Yaxşı ki, onların Çinlə sərhədləri açıq saxlamaq tövsiyəsini qəbul etmədim. Niyə bizə belə tövsiyə verirdilər ki?”.  

 

Qeyd edək ki, ABŞ-da 386 min 194 nəfər koronavirusa yoluxub, 12 min 246 nəfər isə dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş