Tramp koronavirus analizi verməkdən imtina edib

Dünya

11.03.2020 - 07:44

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Konqresinin 4 üzvü koronavirus şübhəsi ilə karantindədir

 

ABŞ Prezidenti Donald Tramp koronavirus analizi verməkdən imtina edib.

 

AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Qeyd edilib ki, Ağ Ev rəhbəri özünü yaxşı hiss etdiyini, onda xəstəliyin əlamətlərinin olmadığını deyib. O eyni zamanda hər hansı simptom görərsə, analiz verməyə hazır olduğunu da bildirib.

 

Qeyd edək ki, ABŞ Konqresinin 4 üzvü koronavirus şübhəsi ilə karantindədir. Onlardan birinin Trampla eyni təyyarədə uçduğu məlum olub. Ancaq Prezidentin onunla ünsiyyətdə olmadığı bildirilib.

 

Onu da bildirək ki, ABŞ-da 700-dən çox insan Covid-19-a yoluxub. 22 nəfər xəstəlikdən dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş