Tramp: "İranın enerji obyektlərinə zərbələri sonraya saxlamışıq"

Dünya

15.07.2026 - 11:28

"Sonda enerji obyektlərinə də zərbələr endirəcəyik”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton hələlik İranın enerji obyektlərini hədəfə almayıb, lakin gələcəkdə bu obyektlərə də zərbələr endiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə o “Fox News” telekanalına müsahibəsində deyib.

“Enerji hədəflərini sonraya saxlamışam. Amma sonda enerji obyektlərinə də zərbələr endirəcəyik”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Amerika Silahlı Qüvvələri İrana qarşı hərbi əməliyyatları davam etdirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş