"Könüllülər koalisiyası"nın ilk hərbi təlimlərinin tarixləri açıqlanıb

Dünya

14.07.2026 - 17:04

Donald Tusk: ““Könüllülər koalisiyası” təlimləri sentyabr ayında Polşada keçiriləcək”

Ukrayna ilə bağlı yaradılmış "Könüllülər koalisiyası"nın ilk hərbi təlimləri sentyabr ayında keçiriləcək. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Parisdə "Könüllülər koalisiyası" liderlərinin görüşündən sonra bildirib.

Tusk mətbuat konfransında deyib ki, "Fransa və Britaniya qoşunlarının iştirak edəcəyi ilk təlimlər sentyabr ayında Polşada keçiriləcək".

Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qonşu ölkələrdə "Könüllülər koalisiyası"nın hərbi təlimlərini elan etmişdi. Fransa lideri bildirib ki, "koalisiya"nın hazırda Kiyevin maraqları naminə "hərəkətə keçməyə hazır beynəlxalq qüvvələri" var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş