"Bakcell" tətbiqində "AirPods" və hər gün 1 GB internet qazan

Reklam

14.07.2026 - 22:55

"Bakcell" abunəçilərinə yeni rəqəmsal xidmət təqdim edir. Şirkətdən AYNA.AZ-a bildirilib ki, "Bakcell" tətbiqində istifadəyə verilən “Bakcell Games” bölməsi vasitəsilə oyunlar oynayaraq "AirPods" və hədiyyə internet qazanmaq mümkündür.

Belə ki, yeni “Bakcell Games” bölməsində istifadəçilər “Topla & Qazan”, “Hədiyyəli Marafon” və “Şans Kartları” kimi maraqlı oyunlarda iştirak edirlər. Bu xidmət çərçivəsində istifadəçilər ilk 7 gün ərzində “Bakcell Games”dən ödənişsiz yararlana bilirlər. Oyunlarda əldə etdikləri nəticələr hesabına xallar toplayır, "AirPods" və hər gün 1 GB hədiyyə internet qazanmaq şansı əldə edirlər. Abunə haqqı 1.99 AZN təşkil edir və abunəçilərə avtomatik olaraq hər ay 1 GB hədiyyə internet təqdim olunur. Ümumilikdə abunəçilər hər ay 6 GB-dək hədiyyə internet əldə edə bilərlər.

“Bakcell Games” oyun təcrübəsi ilə faydanı bir araya gətirən yeni rəqəmsal imkan təqdim edir. Xidmət istifadəçilərə həm maraqlı vaxt keçirmək, həm də AirPods və hədiyyə internet qazanmaq imkanı yaradır.

“Bakcell Games”ə qoşulma qaydaları barədə ətraflı məlumatı "Bakcell" tətbiqi vasitəsilə əldə etmək mümkündür.

"Bakcell" haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

"Bakcell" müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan "Azerconnect Group"a daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş