Tramp dünyadakı əsas fanatının adını açıqladı

Dünya

11.02.2020 - 02:34

Həkimlər Klinikalar SEO Xidməti

"Dünyada əsas fanatım NATO-nun baş katibi Yens Stoltenberqdir"

 

ABŞ prezidenti Donald Tramp dünyadakı əsas fanatının adını açıqlayıb.

 

AYNA-nın “Report"a istinadən məlumatına görə, Ağ Ev rəhbəri bildirib ki, NATO baş katibi onun əsas fanatıdır. "Dünyada əsas fanatım NATO-nun baş katibi Yens Stoltenberqdir", - Tramp deyib.

 

ABŞ lideri qeyd edib ki, Şimali Atlantika alyansının baş katibi NATO-nun müttəfiqlərinin müdafiə sahəsinə daha çox vəsait ayırmağa başlamasına görə ona təşəkkür edib.

 

ABŞ rəhbəri həmçinin Birləşmiş Ştatların əvvəllər NATO-nun müdafiəsinə görə ən çox vəsait xərcləyən ölkə olduğunu deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş