Tramp Ali Məhkəmədən Liza Kukun vəzifədən azad edilməsini istəyib

Dünya

19.09.2025 - 17:57

Prezident Federal Ehtiyatlar Sisteminin İdarə Heyətinin üzvünü müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırmağa çalışır

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmədən Federal Ehtiyatlar Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kukun Prezidentə qarşı iddiası davam edərkən tutduğu vəzifədən uzaqlaşdırılmasına icazə verilməsini istəyib. AYNA.AZ bu barədə xarici mediaya istinadən bildirir.

Məlumata görə, cümə axşamı verilən ərizədə Prezident Kukun müvəqqəti olaraq vəzifəsində qalmasına icazə verən qərarın ləğv edilməsini istəyib.

Bundan əlavə, Kuk Ali Məhkəmədən Trampın ərizəsini rədd etməyi xahiş edib.

“Financial Times”ın məlumatına görə, Kukun vəkilləri onun vəzifədən kənarlaşdırılmasına icazənin FED-in müstəqilliyinə xələl gətirəcəyini və ABŞ iqtisadiyyatına zərər verəcəyini iddia edirlər.

"Onun vəzifədən müvəqqəti olaraq uzaqlaşdırılması ölkəmizin iqtisadi sabitliyini təhlükə altına salacaq və FED-in davamlı müstəqilliyini şübhə altına alacaq. Həmçinin potensial olaraq maliyyə bazarında iğtişaşlara səbəb olacaq və bunun həlli çətin olacaq", - vəkillərin bəyanatında deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş