Qazaxıstanın Baş nazirinin səlahiyyətlərinin icrası Roman Sklyara həvalə edilib
Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev hökumətin istefası haqqında fərman imzalayıb. AYNA xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
Sənədə əsasən, Qazaxıstanın Baş nazirinin səlahiyyətlərinin icrası Roman Sklyara həvalə edilib.
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənənə qədər hökumət üzvləri də öz vəzifələrini icra etməyə davam edəcəklər.