Hadisə nəticəsində üç nəfər yaralanıb, bir nəfər ölüb
Gürcüstanın paytaxtı Tiflisin mərkəzində, Filarmoniya binasının yaxınlığında güclü partlayış baş verib. AYNA bu barədə gürcü mətbuatına istinadən bildirir.
Hadisə yerinə xilasetmə qrupları və polis patrulu gəlib. İlkin məlumata görə, partlayış "Deja Vu" klubunda baş verib.
Təmir gedən klubda qaz balonunun partladığı qeyd olunub. Hadisə nəticəsində üç nəfər yaralanıb, bir nəfər ölüb.