Hande Harmancı yoluxanların sayının artmasından danışıb
“Son bir aydır yoluxma diaqnozu qoyulanların sayı 10 dəfə artıb. Yoluxma sayı 2 faizdən 13 faizədək yüksəlib”.
AYNA xəbər verir ki, bunu REAL-a müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O qeyd edib ki, bu, əhali arasında xəstələrin sayının artdığını göstərir: “Bilirik ki, Azərbaycanda “Delta” ştammı var. Yoluxma sayı da artır. Tədbir görməsək, sentyabrda rəqəmlər çox yüksək ola bilər”.