Təbrizdə gənc qızı hökumət qüvvələri öldürüblər

Dünya

14.03.2023 - 16:03

cedabet dərman SEO Xidməti

“Hər üsyandan sonra bu göldə bir neçə meyit tapılır”

Təbrizin Yelankuh bölgəsinin 19 yaşlı sakini Zəhra Mikayıl ötən il sentyabrın 21-də Şahnaz küçəsində həbs edilib. AYNA xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, bir müddət onun haqqında heç bir məlumat olmayıb.

Ailəsi qızlarını tapmadığı üçün 1 milyard tümən xərclədikdən sonra nəhayət, Bəndər Abbas şəhərində onun izinə düşə biliblər. Əfsuslar olsun ki, göldə Zəhranın meyiti aşkar edilib.

Yerli balıqçılardan biri deyib ki, hər üsyandan sonra bu göldə bir neçə meyit tapılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş