Təbii fəlakət qurbanlarının sayı durmadan artır - <font color=red> FOTOLAR</font>

Dünya

05.02.2020 - 17:49

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə qar uçqunu nəticəsində ölənlərin sayı artıq 31 nəfərə çatıb

 

Türkiyədə Van-Baxçasaray magistral yolunun 33-cü kilometrliyində baş verən qaç uçqunu nəticəsində ölənlərin sayı durmadan artır. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıq 31 nəfərə çatıb.

 

50-dən çox insanın uçqun altında qaldığını bildirən Van valisinin sözlərinə görə, ölənlər arasında 8 jandarma, 3 mühafizəçi, 3 yanğınsöndürən də var.

 

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun açıqlamasına görə, xilasetmə işləri çərçivəsində 30-dan çox insan xilas edilir. Ancaq kəskin, çətin hava şəraiti xilasetmə işlərinə mane olur.

 

Hazırda xilasetmə işləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş