TƏBİB rəsmisi vaksinasiyadakı əsas problemdən danışıb

Cəmiyyət

23.02.2022 - 14:12

Həkimlər Klinikalar SEO Xidməti

"Heç bir sosial aktivliyi olmayan və işə getməyən yaşlı əhalini vaksinasiyaya cəlb etmək çətindir"

AYNA  xəbər verir ki, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva “Fəaliyyət üçün məlumat”: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olma” mövzusunda keçirilmiş tədbirdə söyləyib ki, əhali arasında bir doza belə, vaksin qəbul etməyənlər var: "Bu məsələ analiz edilib. Vaksin sertifikatı tələb olunan qapalı məkanlar daha çox gənclərin, orta yaşlı insanların istifadə etdiyi məkanlardır. Ona görə də “buster” doza tələb olunan zamandan bu yaş aralığında insanların vaksinasiyadan keçməsi prosesi aktivləşib. Ancaq heç bir sosial aktivliyi olmayan və işə getməyən yaşlı əhalini vaksinasiyaya cəlb etmək çətindir. Çünki onlar COVID-19 sertifikatı əldə etməkdə maraqlı deyillər. Bizi da narahat edən bu yaş qrupundan olan və heç bir doza vurdurmayan insanlardır. Xəstələndikləri an onlar risk qruplarıdır. Bununla əlaqədar bir çox maarifləndirici tədbirlər də həyata keçirmişik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş