TBMM-dan Belçikaya xəbərdarlıq

Dünya

19.12.2020 - 21:58

Türkiyə Böyük Millət Məclisi Belçikaya xəbərdarlıq edib 
 
Belçika Nümayəndələr Palatası Ermənistanla münaqişəyə görə Azərbaycanın əleyhinə qətnamə layihəsi qəbul edib. AYNA xəbər verir ki, yekdilliklə qəbul edilən qanun layihəsi Belçika hökumətini müharibədən zərər görən erməni əhalisinə kömək etmək, müharibə cinayətlərini izləmək və atəşkəs rejimini qorumaq üçün bir sıra tədbirlər görməyə çağırıb.
 
Türkiyə Böyük Millət Məclisi (TBMM) isə Belçikanı bölgədə sabitliyi pozacaq müdaxiləyə son verməyə çağırıb. 
 
Həmçinin, Türkiyə Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirib. Nazirlik sözügedən qanun layihəsinin istər tarixi, istərsə də hüquqi baxımdan reallığı əks etdirmədiyini vurğulayıb.
Müəllif: Ayna.az