Tayvan hökuməti silah alışı üçün 40 milyard dollar ayıracaq

Dünya

26.11.2025 - 18:28

Bu məbləğə hava hücumundan müdafiə "günbəzinin" yaradılması üçün vəsait daxildir

Tayvanın Baş naziri Lai Qingde silah alışı üçün 40 milyard dollarlıq xüsusi büdcə ayırmaq planlarını açıqlayıb. AYNA.AZ bu barədə “Associated Press”ə istinadən bildirir.

Qeyd olunub ki, bu məbləğə hava hücumundan müdafiə "günbəzinin" yaradılması üçün vəsait daxildir.

Lai bildirib ki, "Çinin Tayvana və Hind-Sakit Okean bölgəsinə təhdidləri artır. Tayvan qətiyyətini nümayiş etdirməli və özünümüdafiə üçün daha böyük məsuliyyət daşımalıdır".

Tayvan administrasiyası bu tranşı illik müdafiə büdcəsindən ayrıca tələb edib və bu tələb indi Tayvanın qanunverici orqanı tərəfindən təsdiqlənməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş