Tayvan boğazında gərginlik artır: ordu genişmiqyaslı təlimlərə başlayıb

Dünya

20.03.2023 - 15:52

Ordu Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə təlimlərə başlayıb

Tayvan silahlı qüvvələri döyüş təyyarələri və sualtı qayıqlara qarşı gəmilərin iştirakı ilə hərbi təlimlərə başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, təlimlər martın 23-dək davam edəcək.

Təlimdə F-16V və “Mirage-2000 5s” döyüş təyyarələri, Yerli Müdafiə Qırıcıları qrupuna daxil səsdən sürətli qırıcılar, P-3C sualtı patrul təyyarələri, həmçinin S-70C sualtı qayıq əleyhinə helikopterlər və pilotsuz uçuş aparatları iştirak edir.

Tədbir çərçivəsində Hualien aviabazasında seminar keçiriləcək, seminarda təlimatçılar F-16V, “Mirage-2000 5” və hava döyüşü üzrə hərbçilərə təlim keçəcəklər.

Bildirilir ki, Tayvan ordusu hərbi təlimləri boğazda artan gərginlik fonunda keçirir. Çünki Çin aviasiyası mütəmadi olaraq adanın hava hücumundan müdafiə sistemlərinin tanınma zonasına daxil olur.

Martın 18-də Tayvan adaya bitişik bölgədə Çin Xalq Azadlıq Ordusunun 20-dən çox təyyarəsi və dörd gəmisini görüb. Eyni zamanda, 15 təyyarə Tayvan boğazının median xəttini keçib.

Müəllif: Ayna.az