“Taxıl sazişi”nin müddəti uzadılıb

Dünya

14.03.2023 - 15:19

cedabet dərman SEO Xidməti

Aleksandr Qruşko: “Biz israrla Rusiyaya verilən bütün vədləri yerinə yetirməyə çalışacağıq”  

Odessa, Çernomorsk və Yujnı limanlarından Ukrayna taxılının ixracı üçün təhlükəsiz dəhlizin yaradılması üzrə “Taxıl sazişi”nin müddəti uzadılıb. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

Onun sözlərinə görə, sazişin ikinci hissəsində nəzərdə tutulan kənd təsərrüfatı məhsullarının Rusiyadan ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması prosesi ləng gedir.

“Biz israrla Rusiyaya verilən bütün vədləri yerinə yetirməyə çalışacağıq”, Qruşko bildirib.

Qeyd edək ki, “Taxıl sazişi” 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri arasında imzalanıb. Sazişin icrasının koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir.

Xatırladaq ki, saziş Rusiya gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını da nəzərdə tutur. Amma Moskva hesab edir ki, sövdələşmənin bu hissəsi yerinə yetirilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş