Tanınmış aktyor fəaliyyəti ərzində bir sıra mükafatlara layiq görülüb
Amerikalı aktyor Ron Libman 82 yaşında dünyasını dəyişib.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, aktyor pnevmoniya xəstəliyindən vəfat edib.
Qeyd edək ki, Libman 1979-cu ildə “Kez” serialındakı roluna görə “Emmi”yə, 1993-cü ildə “Mələklər Amerikada” tamaşasındakı roluna görə isə “Toni” mükafatına layiq görülüb. O, “Dostlar” serialındakı doktor Leonard Qrin obrazı ilə məşhurluq qazanıb.