Emoməli Rəhmon Putinlə söhbətində Moskvada törədilən terror aktını pisləyib
Tacikistan Prezidenti Emoməli Rəhmon Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətində Moskva vilayətində “Crocus City Holl”da baş vermiş terror aktı ilə bağlı Rusiya xalqı ilə həmrəy olduğunu bəyan edib. AYNA bu barədə “Kommersant”a istinadən xəbər verir.
Rəhmon Moskva ilə birlikdə terrora qarşı mübarizəni davam etdirmək niyyətini təsdiqləyib və vurğulayıb ki, “terrorçuların milliyyəti, vətəni, dini yoxdur”.
Qeyd edək ki, dünən Moskvada martın 22-də törədilən terror aktı ilə bağlı 11 nəfər saxlanılıb. Şübhəlilərin getdiyi avtomobilin içərisindən Tacikistan vətəndaşlarına məxsus pasportlar tapılıb.