“Sərhəd təhlükəsizliyi və qeyri-qanuni immiqrasiya nəzarəti bizim hər hansı bir xarici məhkəməyə üzvlükdən daha vacibdir”
Böyük Britaniya ölkə qeyri-qanuni miqrant axını dayanmayacağı təqdirdə Avropa İnsan Haqları Məhkəməsindən (AİHM) çıxacaq. AYNA xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Rişi Sunak “The Sun”a müsahibəsində bildirib.
“İnanıram ki, sərhəd təhlükəsizliyi və qeyri-qanuni immiqrasiya nəzarəti bizim hər hansı bir xarici məhkəməyə üzvlükdən daha vacibdir”, - Sunak vurğulayıb.
Jurnalistlər bu xəbərdarlığı “Strasburqdan olan hakimlər”ə ən güclü mesaj adlandırıblar. Onlar xatırladıblar ki, bir il əvvəl Britaniyadan Ruandaya miqrantların deportasiyası üzrə ilk cəhdin qarşısı alınıb.
Daha əvvəl bildirilmişdi ki, Sunak miqrantları Ruandaya deportasiya etmək qərarına gəlib. Onun fikrincə, icazəsiz şəxslərin deportasiyası onların La-Manş boğazı boyunca riskli səfərlərdən sonrakı imtinalarına təsir edəcək.